Heydər Əliyev Sarayında uşaqlar üçün Novruz şənlikləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, sarayın mətbuat katibi Anar Fərəczadənin Showlife.az-a verdiyi məlumata görə, Respublikanın Əməkdar artisti Tünzalə Əliyevanın (Toppuş bacı) iştirakı ilə, “Baharın nağılı” adlı yeni və maraqlı bayram proqramı təqdim olunacaq.
Novruzun sevilən personajları “Bahar qızı”, “Kosa” və “Keçəl”in iştirak etdiyi musiqili tamaşada uşaqları bir çox başqa sürprizlər də gözləyir.
Martın 22-23-də saat 12:00-da başlayacaq şənliyin biletlərini şəhərin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5 manatdan başlayır.
