Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ev quşlarının sayında artım olduğu halda niyə bahalaşma var?
Son dövrlərdə bütün kateqoriyalar üzrə ev quşlarının - toyuq, qaz, ördək və hindtoyuğunun sayında artım müşahidə edilir. Statistik məlumatlara görə, son illərdə ölkədə ev quşlarının sayı 2.1% artıb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, vətəndaşların sözlərinə görə, ev quşlarının sayında artım olsa da, bu hal qiymətlərə təsir etməyib. Əksinə, xüsusilə də toyuqların qiymətləri yüksəkdir.
Satıcılar da son vaxtlarda toyuq qiymətlərinin artdığını deyirlər.
Bəs maraqlıdır, quşların sayında artım olduğu halda qiymətlər niyə enmir?
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, toyuq ətinin qiyməti həm qlobal, həm də yerli faktorların təsiri ilə müəyyən olunur. Yaxın vaxtlarda da bu qiymət dalğalanmalarının davam edəcəyi gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

"Toyuq əti" teqi üzrə xəbərlər
- Azərbaycana qiyməti 65 qəpiyə olan toyuqlar idxal edilir? - RƏSMİ AÇIQLAMA
- Azərbaycana idxal olunan TOYUQ ƏTİNDƏ təhlükə var?
- Türkiyədə qadın qızardılmış toyuq yedikdən sonra öldü
- Yeni il ərəfəsində quş əti məhsulları nə üçün bahalaşır?
- Vətəndaşın mağazadan aldığı üç toyuğun yarım kiloqramı buz çıxdı - ŞİKAYƏT