Azərbaycan hökuməti 2019-cu il üçün ehtiyac meyarının həddini müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun həddinin ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulub.
Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək.
Hər iki qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycanda gələn il üçün yaşayış minimumu açıqlandı