"Azərbaycanda geotermal enerji üçün yeni qanunvericilik hazırlanır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində çıxışında deyib.
Onun sözlərinə görə, SOCAR "Schlumberger" və "Baker Hughes" ilə birlikdə masaüstü tədqiqatlar aparıb, Azərbaycanda bu sahədə böyük potensiala malik olduğu düşünülən ərazilər müəyyənləşdirilib:
"Hazırda riski bölüşəcək kapital tərəfdaşı axtarışındayıq".
"Hökumət artıq qanunvericilik və risklərin azaldılması proqramları üzərində işləyir. İstər Çoxşaxəli İnkişaf Bankları ilə birlikdə texniki yardım, istərsə də digər ölkələrin təcrübəsinin, standartlarının, prosedurlarının və siyasətlərinin bölüşdürülməsi hökumətin, SOCAR-ın və özəl sektorun bu səylərini sürətləndirə bilər", - deyə Ə.İsayev vurğulayıb.