Neft İxracat Ölkələri Təşkilatı (OPEC) neft bazarı haqqında aylıq hesabatı dərc edib.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, OPEC aprel hesabatına müvafiq olaraq 2014-cü ildə Azərbaycanda gündəlik neft hasilatının həcminin 0,87 milyon barel olacağı bildirilir, bu isə mart ayının hesabatından fərqlənmir.
OPEC dəyərləndirmələrinə görə ölkədə gündəlik neft hasilatının orta həcmi birinci rübdə 0,83 milyon barel olub.
2014-cü ildə rüblər üzrə neft hasilatı 0,83 mb/g, 0,86 mb/g, 0,88 mb/g və müvafiq olaraq 0,89 mb/g kimi dəyərləndirilir.