Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlhamə Qasımova. Azərbaycanın ən yaxşı qadın artisti – FOTO
İlhamə Qasımovanın “The Big Apple Music Awards 2014”də “Azərbaycanın ən yaxşı qadın artisti” kimi namizədliyi irəli sürülüb.
Oxu.Az xəbər verir ki, müğənni 2000-ci ildə keçirilmiş “Bakı Payızı” müsabiqəsinə qatılıb və bu yarışda birinci mükafatını əldə edib. 5 il sonra İlhamə “Yeni Ulduz-4” (2005-2006) müsabiqəsinin ən yadda qalan iştirakçılarından olur. Sonra o, öz fəaliyyətini Almaniyada davam etdirmək qərarına gəlir. Orada “Universal Music”lə müqavilə imzalayır.
2011-ci ilin noyabrında İlhamə Qasımova DJ OGB ilə özünün ilk sinqlını – “Bei Mir Bist Du Sheen”-i yazdırır. Mahnının klipi “iTunes”-də altıncı ən çox satılan video olub.
2012-ci ilin yanvar-fevral aylarında İlhamə Qasımova ilk böyük turunu təşkil edib və Almaniya ilə Avstriyanın ətrafında olan şəhərlərdə konsertlər verib. Həmin şəhərlərin sırasında Vyana, Berlin, Karlsrue, Fulda, Lübek və Lüdviqşafen də var idi.
Xatırladırıq ki, xalq artisti Brilyant Dadaşova da ötən il “The Big Apple Music Awards”da namizədlər sırasında idi.
Aytən Sadıqzadə
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Türkiyə üçün mühüm viza qərarı
- Azərbaycanlı professor: "20 il ərzində 100 həmyerlim Almaniyada işləmək üçün müraciət edib"
- Almaniyanın keçmiş prezidenti vəfat edib
- Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildi
- Bundestaq miqrasiya qaydalarını sərtləşdirən qanunu qəbul etmədi
Rəylər