2013-cü ilin əvvəlinə Azərbaycanda əhalinin hər 100 nəfərindən 70-i internet istifadəçisi olub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin elektron xəbər xidmətinin məlumatına görə, istifadəçilərin 40,9%-I yaşadığı evdə (mənzildə), 7,7%-i internet-klublarda, 21,7%-i iş yerində, 9,5%-i təhsil müəssisəsində, 0,6%-i kitabxanada, 19,6%-i isə digər yerlərdə internet şəbəkəsinə qoşulub.
Orta hesabla hər gün internetdən istifadə edənlərin internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 76,2%-dir.
İnternet istifadəçilərinin 41,2%-i 24 yaşadək olan gənclərdir.
Yaşı 64-dən yuxarı olan istifadəçilərin xüsusi çəkisi 0,1% təşkil edir.
İstifadəçilərin 27,8%-i ali təhsillidir.
İnternetdən informasiya axtarmaq və əlaqə yaratmaq məqsədilə istifadə edənlər daha çox olub, hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artıb.