2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumdaxili məhsul (ÜDM) 102 milyard 48.2 milyon manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.
Qeyd edilib ki, hesabat dövründə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1.5 faiz artıb.

"Qeyri-neft-qaz sektorunda əlavə dəyər 71 milyard 721.7 milyon manat olub. Bu sahədə real artım 2.6 faiz təşkil edib.
Neft-qaz sektorunda isə 30 milyard 326.5 milyon manatlıq əlavə dəyər yaradılıb. Sözügedən sahədə real ifadədə 1.2 faiz azalma qeydə alınıb.
Beləliklə, 2026-cı ilin ilk doqquz ayında iqtisadi artım əsasən qeyri-neft-qaz sektorunun hesabına təmin olunub", - deyə məlumatda bildirilir.