Fransanın dövlət borcu artmaqda davam edəcək və 2027-ci ildə ümumi daxili məhsulun (ÜDM) 121.7%-nə çatacaq.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV Fransa İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Nazirliyin proqnozuna görə, 2026-cı ildə dövlət borcunun səviyyəsi ÜDM-in 119.3%-ni təşkil edəcək. Bir il sonra isə bu göstəricinin 121.7%-ə yüksələcəyi gözlənilir.
2026-cı ilin I rübünün yekunlarına görə, Fransanın dövlət borcu ilk dəfə 3.5 trilyon avronu ötüb. Borcun həcmi ÜDM-in 117.5%-nə çatıb. Bu, Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü ən yüksək göstəricidir.
Fransa Maliyyə Nazirliyində borcun artmasını dövlət büdcəsinin yüksək kəsirinin mexaniki nəticəsi adlandırıblar.