2018-ci ilin doqquz ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinə rəy verilməsi üçün Dövlət Miqrasiya Xidmətindən 5114 müraciət daxil olub.
Oxu.Az nazirliyə istinadən xəbər verir ki, onlardan 3067 müraciət üzrə müsbət rəy verilib.
Müsbət rəy verilənlərin 1637-si iş icazəsi müddətinin uzadılmasına, 1430-u isə ilk dəfə iş icazəsi verilməsi dair olub.
Nazirlikdən qeyd edilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə iş icazəsi üçün rəy verilməsi yerli əmək bazarının tələblərinə uyğun həyata keçirilir.
Yəni, bu zaman ölkədə mövcud olan iş yerlərində ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi prinsipi əsas götürülür.
Əgər müvafiq iş yerləri üçün ixtisas və peşə bacarıqları baxımından yerli işçi qüvvəsi çatışmazsa, o zaman həmin iş yerlərinə uyğun ixtisasa malik əcnəbi işçi qüvvəsinin gəlməsinə iş icazələrinin verilməsinə müsbət rəy verilir.