“Azərbaycanda ötən il ərzində istehsal olunan pomidorun təqribən 20-25%-i Rusiyaya ixrac edilib”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahil Babayev meyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiyaya keçirilməsi məsələləri ilə bağlı danışıqlarda deyib.
S.Babayev qeyd edib ki, ötən il Azərbaycanda 517 min tondan çox pomidor istehsal olunub:
“Bunun 100 min tondan çoxu Rusiyaya ixrac olunub. Yəni, istehsal olunan pomidorun təqribən 20-25%-i Rusiyaya tədarük edilib”.
U.A.
www.oxu.az