2014-cü ilin dekabrın 1-nə olan məlumata görə, kartof istehsalı 2013-cü ilə nisbətən 17,5% azalıb.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, ümumi taxıl istehsalı 20,9 faiz, o cümlədən buğda istehsalı 23,6 faiz, kartof istehsalı 17,5 faiz, tərəvəz istehsalı 3,9 faiz, şəkər çuğunduru istehsalı 7,5 faiz azalıb.
Qeyd edək ki, dən üçün günəbaxan istehsalı 11,8 faiz, ərzaq üçün bostan məhsulları istehsalı 2,6 faiz artıb.