Azərbaycanda turizmin inkişafı dövlətin prioritet sahəsidir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyib.
O bildirib ki, ötən il Azərbaycana 2 milyon 508 min xarici ölkə vətəndaşı gəlib. Onların 2 milyon 200 mini turist qismində səfər edib. On il əvvəl ölkədə 50-60 turizm şirkəti, 97 hotel vardı. Hazırda respublikada 246 turizm şirkəti, 506 hotel fəaliyyət göstərir.