Azərbaycanda 53 otel ulduz kateqoriyasında fəaliyyət göstərir.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyində bildiriblər.
“Onlardan 36-sı Bakıda, 17-si isə ölkənin müxtəlif regionlarındadır. 21 otel 5 ulduzlu, 25 otel 4 ulduzlu, 5 otel 3 ulduzlu və yalnız 2 otel 2 ulduzludur”, - nazirlikdə bildiriblər.
Azərbaycanda ümumilikdə 520 otel və mehmanxana tipli obyekt fəaliyyət göstərir.