Azərbaycanda plastik kartlardan istifadə edənlərin sayının artması, bankomat (ATM) və POS Terminalların da sayına təsir göstərib.
Bakıda keçirilmiş Avropa Oyunları POS Terminalların sayının artmasına təsir göstərmişdi.
Beləliklə, AMB-nin son hesabatına əsasən, deyə bilərik ki, ölkə vətəndaşları arasında nağd pul istifadə edənlərin sayı azalıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2015-ci ilin iyunun 1-nə olan məlumata görə, son bir ayda ölkədə cəmi 28 bankomat (ATM) quraşdırılıb.
Bakı şəhəri üzrə isə son bir ayda cəmi 22 ədəd ATM quraşdırılıb.
Regionlarda quraşdırılmış ATM-lərin sayı mayın sonuna 1164 ədədə çatıb.
Cari ilin may ayı ilə, aprel ayının müqayisəsi göstərir ki, ATM-lərin sayı ölkə üzrə 28 ədəd artaraq, 2670-ə çatıb.
Son bir ayda POS terminalların 285 ədəd və ya 0,36% artaraq, 78 324 ədədə çatıb.
Analoji dövrdə, 78 324 ədəd POS terminalın 49 815 ədədi paytaxtın, 28 509 ədədi isə regionların payına düşüb.
Ülviyyə R. Əli
www.oxu.az