Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi” kitabında öz əksini tapıb.
Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı.
Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yarandı.
“2016-cı ildə inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır”, - deyə nazirlikdən qeyd ediblər.
2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az