Xəzərin Azərbaycan sektorunda, “Bulla-dəniz” qaz-kondensat yatağındakı 90-cı platformada baş vermiş yanğının yeni görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almasa da, videodan da göründüyü kimi platforma yararsız hala düşüb.
Qeyd edək ki, bundan əvvəl yayılan məlumata görə, “Bulla-dəniz” yatağında 5868 metr dərinlikdə qazma işləri zamanı quyuda qaz sızması baş verib və partlayışla müşahidə olunan yanğın baş verib.
www.oxu.az