2016-cı il fevralın 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 314,6 milyon manat təşkil edib.
Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabata istinadən xəbər verir.
Məlumata görə, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 12,8% və yaxud 193,9 milyon manat azdır.
Xatırladaq ki, 2015-ci ilin yekunlarına görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manat təşkil etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az