Azərbaycanda pul bazası bu il sentyabrın 1-nə 21 milyard 121.8 milyon manata bərabər olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, son bir ayda pul bazası 0.57% və ya 121.8 milyon manat azalıb.
İllik müqayisədə isə pul bazası 2.8% və ya 571.8 milyon manat artıb.