Azərbaycanda pul bazası göstəricisi 2015-ci il may ayının 1-nə 7 milyard 418,6 mln. manat təşkil edib.
Bu, aprelin 1-i ilə müqayisədə 920,8 milyon manat və ya 11% azdır.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirək ki, ölkədə pul bazası martın 1-nə 9 milyard 109.9 milyon manat, fevralın 1-nə isə 10 milyard 551.0 manat təşkil edib.
Qeyd edək ki, iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, inflyasiyanı nəzarətdə saxlamaq və kəskin devalvasiyanın qarşını almaq məqsədilə bu zəruridir:
“Bu, dövriyyədə olan nəğd pul kütləsinin azalması deməkdir. Ölkəyə xarici valyuta axını zəifləyib. Buna uyğun olaraq da Mərkəzi Bank artıq manat kütləsini yığışdırmaqla məşğuldur.
İnflyasiyanı nəzarətdə saxlamaq və kəskin devalvasiyanın qarşını almaq məqsədilə bu zəruridir”.
Ülviyyə R. Əli
www.oxu.az