Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda qəza zamanı ən çox zərər vuran avtomobil markaları - SİYAHI
Sığorta hadisələrində ən çox zərər vuran avtomobil markaları açıqlanıb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində məlumat verilib.
Bülletendə ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər vurmuş avtomobil markalarını və onların sayı açıqlanıb.
“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər vuran avtomobil markaları siyahısına 3 829 dəfə qəza törətməklə VAZ markalı avtomobillər başçılıq edir. Siyahıda ikinci yerdə 3 771 dəfə zərərvurma ilə “Mercedes-Benz”, 3-cü yerdə isə 1 494 dəfə zərərvurma ilə “Hyundai” markalı avtomobillər yer alır.
2020-ci ildə ən çox zərər vuran avtomobil markaları aşağıdakı kimi təsnif olunub:
“Opel” - 932 dəfə zərərvurma
“Toyota” - 901 dəfə zərərvurma
“Ford” - 805 dəfə zərərvurma
KIA - 706 dəfə zərərvurma
“Daewoo” - 537 dəfə zərərvurma
BMW - 520 dəfə zərərvurma
“Nissan” - 485 dəfə zərərvurma