2014-cü ilin yanvar-sentyabr ayında Azərbaycanda qızıl çıxarılması 343,5 kq olub, bu isə ötən ilin analoji dövrü üçün olan göstəricidən 14,5% çoxdur.
Oxu.Az İnterfaks-Azerbaycan-a istinadən xəbər verir ki, Azərbaycan Zdövlət Statistika Komitəsində bildirildiyi kimi hesabat dövründə ölkədə 217,2 kq gümüş də hasil edilib (59,1% az).
Hasil edilən qızıl və gümüş emala göndərilib.
Daha öncə 2013-cü ildə Azərbaycanda 1619,2 kq qızıl (3,6% artım), 630 kq gümüş (0,7%) çıxarılıb.
Qeyd edək ki, qızıl və gümüşün hasilatı 1997-ci ilin 21 avqustda imzalanmış, Production Sharing Agreement tipli müqavilə çərçivəsində hal-hazırda “Gədəbəy” və “Qoşa” yataqlarında çıxarılır.
Müqavilə altı: biri - Naxçıvanda, ikisi – Azərbaycanın Gədəbəy rayonunda və üçü hal-hazırda erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər və Zəngilanda yerləşən yataqların işlənməsini nəzərdə tutur. Azərbaycanın müqavilədə payı 51%, Anglo Asian Mining PLC – 49%-dir. İlk qızılın hasilatı 2009-cu ildə “Gədəbəy” yatağında başlanıb, 2010-cu ildə isə gümüşün çıxarılmasına başlanıb. “Qoşa” yatağından 2013-cü ilin üçüncü rübündən qızl çıxarılmağa başlayıb.
Müqaviləyə əsasən altı yataqdan 400 ton qızılın, 2,5 min ton gümüş və 1,5 min ton misin çıxarılması planlaşdırılır.