Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərar verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qərar Mədəniyyət və Turizm, Xarici İşlər, Maliyyə, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə razılaşdırılmış təkliflərə əsasən verilib.
Dəyişikliklərə əsasən, xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərində mühasibat uçotu səfirlikdəki mühasib deyil, maliyyə məsələləri üzrə attaşe tərəfindən aparılacaq.
Qərarda həmçinin o da qeyd olunur ki, müvafiq əmək müqavilələri imzalanmaqla Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərində aparılan işin həcmi və xüsusiyyətlərində olan fərqlilik nəzərə alınaraq, mədəniyyət mərkəzində mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən səfirliyin maliyyə məsələləri üzrə attaşelərinə onların aylıq əməkhaqlarının əlli faizi məbləğində əlavə əməkhaqqı ödəniləcək.