Azərbaycanda həyata keçirilən tikinti layihələri üçün yeni “AZS 759 – Tikintilərə qoyulan tələblər” adlı standart qəbul olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.
Həmin standartın bu ilin mart ayından etibarən qüvvəyə mindiyini deyən S.Abdullayev, qoyulan bütün tələblərin burada əks tapdığını qeyd edib.
İnstitut direktoru bu standartın hazırlanmasının məqsədi barədə də məlumat verib:
“Yaşıl texnologiyaların istifadəsi zamanı tikintiyə qoyulan vəsaitləri 25-30 faiz azaltmaq olar. Bundan başqa, gələcəkdə bundan istismar zamanı istifadə olunan qaz və istilik enerjisinə qənaət tətbiq etmək olar”.
Sabiq Abdullayev bu ilin sonuna qədər müxtəlif istiqamətləri əks etdirən daha 8 standartın qəbul olunacağını vurğulayıb:
“Hazırda bu sahədə işlərimizi davam etdiririk, yəqin ki, ilin sonuna qədər müvafiq prosedurlar həyata keçiriləcək”.