Əlcəzairdə İŞİD-ə bağlı olduqları bildirilən “Xilafətin Əsgərləri” terror təşkilatı, girov götürdüyü fransız turist Herve Gourdelin başını kəsib.
Oxu.Az Bizimyol-a istinadən xəbər verir ki, internetdə yayımlanan və “Fransa hökumətinə qanlı mesaj" yazısı ilə başlayan videoda üzü maskalı terrorçular əvvəlcə Fransanın İŞİD-ə qarşı başlatdığı əməliyyatı dayandırmaması səbəbindən Gourdelin öldürüləcəyini söyləyir və sonra fransız girov Gourdel olduğu bildirilən bir nəfərin başı kəsilir.
Fransa rəsmiləri videonun həqiqi olub-olmadığının araşdırıldığını açıqlayıb.
Eyni təşkilat bazar ertəsində də bir video yayımlamış, Fransanın İŞİD-ə qarşı yaradılmış koalisiyadan çıxmasını tələb etmişdi.