Azərbaycanda torpaq sahələrinin qiymətləndirilməsi üçün yeni standartlar hazırlanıb.
12 fevral tarixində Torpaq və Kartoqrafiya üzrə Dövlət Komitəsi torpaq sahələrinin qiymətləndirilməsi üçün yeni standartları təsdiq etdi.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Torpaq və Kartoqrafiya üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov kollegiyalar iclasında açıqlayıb.
Onun sözlərinə görə, yeni standartlar torpaq sahələrinin iqtisadi yerləşmə və xüsusiyyətlərinə uyğun olaraq normativ dəyərlərinin təyin edilməsinə yönəlib.
“Normativ dəyər torpağın təbii xüsusiyyətlərini deyil, iqtisadi yerləşmə sərfəliliyini nəzərə alacaq. Yeni standartlar dövlət büdcəsi üçün milyonlarla manat gəlir təmin edəcək” – deyə, Q.Məmmədov bildirib.
Dövlət Komitəsinin başçısı qeyd edib ki, komitə tərəfindən hazırlanmış standartlar Azərbaycanın Milli Məclisi tərəfindən təsdiq edilməlidir.
Standartlar tviniq “Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpaq kadastrının bonitirovka və iqtisadi qiymətləndirilməsi proseslərinin təkmilləşdirilməsi sahəsində AB standartlarına uyğun qeydiyyat informasiya sisteminin yaradılması sahəsində dəstək” layihə çərçivəsində hazırlanıb.
Q.Məmmədovun sözlərinə görə, hal-hazırda Dövlət Komitəsi AB ilə layihənin ikinci mərhələsi üçün danışıqlar aparır.
Birinci mərhələnin dəyəri 900 min avro olub.