Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir ki, Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılan təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
15:50
Təmir işləri ilə əlaqədar Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, təmir işləri yaxın saatlarda yekunlaşacaq.
Sürücülərə alternativ olaraq Babək və Gəncə prospektlərindən istifadə etmələri tövsiyə olunur.