2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda 126 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisindən 24,8% çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, qeyd edilən dövrdə Azərbaycanda 45 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin I rübünün göstəricisindən 86,2% azdır.
Qeyd edək ki, 2015-ci ilin I rübündə ölkədə 279 traktor istehsal edilib ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisindən 6,7% azdır.
Ülviyyə R.Əli
www.oxu.az