Mərkəzi Bankın İdarə Heyyətinin İclasi keçirilib. İclasda uçot dərəcəsi 11 faizdən 10 faizə endirilib.
Oxu.Az xəbər verir ki, bunu MB sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, uçot dərəcəsinin azaldılmasına dair qərar makroiqtisadi proseslərin təhlili nəticəsində qəbul edilib.
Məlum olub ki, MB-nın qərarı ilə faiz dəhlizinin yuxarı və aşağı həddi isə +/- 2% səviyyəsində müəyyən olunub.
E.Rüstəmov qeyd edib ki, MB faiz dəhlizi qərarına növbəti dəfə bu ilin avqust ayında baxacaq.
Leyla Əliyeva
www.oxu.az