Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ilin mart-aprel aylarınadək banklardan və onların filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin bağlanması haqqında qərar verəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin bank bazarındakı mənbə Trend-ə bildirib.
Bu qərardan sonra valyutanı yalnız bankların mərkəzi ofislərində və filiallarında dəyişdirmək mümkün olacaq.