“2022-ci il üzrə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib”.
Oxu.Az xəbər verir ki, bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O qeyd edib ki, buraya bütün fiskal yığımlar aiddir:
“Bu məbləğ büdcənin ümumi fiskal yığımlarının 78,9%-i həcmində olub. Vergi daxilolmaları ötən il 15,5 milyard manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8,1 milyon manat təşkil edib.
Ötən il qeyri-neft və qeyri-qaz sektorundan vergi daxilolmaları 2021-ci illə müqayisədə 1,8 milyard manat, yəni 27,9% çox olub. Ötən il qeyri-neft sektoru üzrə ÜDM-in nominal artım tempi 21,6% təşkil edib. Vergi daxilolmalarından nominal artım tempi isə 27,9% təşkil edib
2022-ci ildə vergi daxilolmalarının 90%-dən yuxarı hissəsi könüllü ödənişlərə aiddir. Bu ödənişlər hər il artır. Keçən il 2021-ci illə müqayisədə könüllü ödənişlər 92% artıb.”.
Könül Cəfərli