Dünya Bankı (DB) və "PricewaterhouseCoopers" (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan "Paying Taxes 2018" adlı icmalda Azərbaycan 35-ci yeri tutub.
Oxu.Az icmala istinadən xəbər verir ki, Azərbaycanın indeksi 83,79-a bərabər olub.

Azərbaycanın vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib. "Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir", - deyə icmalda qeyd edilib.
Mərkəzi Asiya və Şərqi Avropa üzrə ödənişlərin sayına gəlincə, icmalda Azərbaycan üzrə bu rəqəm 6 göstərilib. Bura mənfəət vergisi, əmək vergisi və 4 növ digər vergilər üzrə ödənişlər daxildir. Gürcüstanda vergi ödənişlərinin sayı 5, Ermənistanda 14 növ təşkil edir.

İcmalda bildirilir ki, vergi ödəyicilərinə illik vergi ödəmək üçün 195 saat vaxt lazımdır. Bunun 60 saatı korporativ vergilərin, 78 saatı əməyin, 57 saatı digər vergilərin ödənişinin payına düşür.
Dünya üzrə orta vaxt sərfi 240 saat təşkil edir

L.Ə.