Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycandan Rusiyaya üçüncü yumurta partiyası çatdırılıb
Rusiyaya Azərbaycandan Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə satış məqsədilə 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının üçüncü partiyası gətirilib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.
Qeyd olunub ki, 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük isə dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.
Mənbə: fsvps.gov.ru
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar