2016-ci ilin may ayında qonşu ölkə olan Türkiyəyə 45 min 686 nəfər ziyarət edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1700 nəfər və ya 3,86% artım deməkdir.
Bu barədə Oxu.Az Türkiyənin Mədəniyyət və Turizm Naziriyinə istinadən xəbər verir.
Bu dövrdə Türkiyəyə gedən azərbaycanlıların ümumi turist sayında milliyyət payı isə 1,16%-dən 1,84%-ə qalxıb.
Cari ilin yanvar-may aylarında isə Azərbaycandan qonşu ölkəyə gedən turist sayı 10,37% azalaraq 188 min 761 nəfərə çatıb. Bu dövrdə azərbaycanlıların ümumi turist sayında milliyyət payı isə 1,96%-dən 2,27%-ə çatıb.
Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Azərbaycandan Türkiyəyə gedən turist sayı 210 min 591 nəfər olub.
Ülviyyə R. Əli
www.oxu.az