Azərbaycan Xəzər gəmiçiliyində nə türkmən, nə də Rusiya tərəfindən yükdaşımalarda problem yoxdur.
Oxu.Az Novosti-Azərbaycana istinadən bildirir ki, bu barədə “Xəzər dəniz gəmiçiliyi” QSC-nin sədri Vüqar Sadıqov danışıb.
21 aprel tarixində yerli KİV-də “Xəzər dəniz gəmiçiliyi” QSC-yə istinadən Rusiya anker donanmasının Xəzər dənizi yükdaşımasında monopoliya yaratması barəsində xəbər yayıldı.
Məlumata görə, artıq bir aydan çoxdur ki, Azərbaycan tankerləri “Araz”, “Şamaxı”, “Səməd Vurğun” və “General Mehmandarov” türkmən limanı Türkmənbaşıda dayanıb boşalma üçün növbə gözləyirlər. Məlumatda həmçinin deyilir ki, türkmən tərəfi faktiki olaraq əvvəl imzaladığı bütün müqavilələrdən imtina edib, Rusiya tərəfi isə bildirib ki, Xəzər dənizində bütün yükdaşımaları onun gəmiləri yerinə yetirəcək.
“Belə məsələ yalnız Türkmənbaşı limanının mövcud yükdaşımaları yerinə yetirmək üçün yük qəbul etmə imkanı az olduqda yarana bilər. Liman eyni zamanda çox sayda gəmiyə xidmət göstərə bilmədiyi üçün tankerlər növbə gözləməli olurlar və ilk gələn gəmiyə xidmət göstərildiyi müddətdə yaxınlaşan digər gəmilər gözləməli olur. Başqa problem yoxdur”, - Sadıqov qeyd edib.