Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Anar Məmmədxanovun vəfatından 3 il ötür – VİDEO](https://images.oxu.az/2014/04/23/09/25/36/359/anar_memmedxanov:1200.jpg)
Anar Məmmədxanovun vəfatından 3 il ötür – VİDEO
Milli Məclisin keçmiş deputatı, “Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun vəfatından 3 il ötür.
Oxu.Az xəbər verir ki, Anar Məmmdxanov 2011-ci il aprelin 23-də, qəflətən ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olmuşdu.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən Məmmədxanov 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Evli idi, 3 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
![](https://img.youtube.com/vi/NIgpr5w4vvs/sddefault.jpg)
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda arvadını namaz qılarkən öldürməkdə şübhəli bilinən şəxs Gürcüstanda ƏLƏ KEÇDİ
- Bakıda qəza oldu: Nəqliyyatın hərəkəti ÇƏTİNLƏŞDİ
- Bakıda ödənişli parklanma ərazisində soyğunçuluğa CƏHD - ANBAAN VİDEO
- Bakıda baş verən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
- Təcavüzə məruz qalıb, nikaha məcbur edildiyini deyən qız: "Atamın qəyyumluğu ləğv edilsin"
Rəylər