Azərbaycanın dənizaltıları Xorvatiyanın “Adria Mar” şirkətinin tərsanəsinə bu yaxınlarda göndərilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “İntelligence Online” saytı yazır.
“Adria Mar” tərsanəsi SSRİ vaxtında tikilən gəmilərin təmirini təşkil edir.
Qeyd edək ki, hazırda Azərbaycanın silahlanmasında keçmiş SSRİ istehsalı olan 908 layihəli “Triton-2” kiçik ölçülü dənizaltıların mövcud olduğu bildirilir.