Baxmayaraq ki, həvəskar qolfun keçmiş çempionu Qarrik Portos son raundu başa çatdırıb, o, Azərbaycanda Golf Challenge Open turnirində liderlər cədvəlində fransız Eduard Espanaya qoşulub, bunu European Tour-un rəsmi saytı bildirib.
Portos son yamacda səhv edib. Bu, onun Odlar Yurdu Azərbaycanın Milli Qolf Klubunda keçirilən turnirin 65-ci raundda yalnız iki səhvindən biri idi.
Bu raundda Portos qələbəni Espana ilə bölüşüb. Challenge Tour reytinqlərinin qalibi Endryu Conston liderlik edən cütlükdən yalnız bir zərbə geridədir.
Portosun çıxışı ingilisi reallığa döndürdü. Belə ki, o, Challenge Tour turnirinin bu mövsümündə beş həmlədən dörd zərbə buraxıb.
Portos bəyan edib:
“Sürətli start vacib idi, və mən iki dəlikdən üç zərbə keçirdim. Sahə çox sərtdir və bu həqiqətən də böyük sınaq oldu və mən çox təəccübləndim ki, bu gün bu qədər az xal toplanıb. Amma mən oyunda qalmağı bacardım. Siz bunu edən zaman sizin ikinci zərbə üçün yalnız qısa bir ayronunuz qalır, bu isə şansınızın olması deməkdir.
Startım yaxşı olmadı, yəni arzuladığım kimi olmadı, amma hər şey təcrübə ilə gəlir. Mən sadəcə daha çox işləməli və ardıcıllığa alışmalıyam, çünki bəzən çox yaxşı oynayırdım, amma dörd normal raund keçirə bilmədim. Ümid edirəm ki, bu həftə hər şey dəyişəcək”.
Portosun dəyişkən uğurundan fərqli olaraq Espana mövsümün ilk altı oyunçusu sırasına ikinci dəfə daxil olmasını qeyd etdi. Vətənində oynadığı zaman reytinqdə 11-ci yeri tutmuşdu.
24 yaşlı Espana öz ustalığını hər 18 dəliyə top salması ilə nümayiş etdirdi.
Challenge Tour-un yeni iştirakçısı deyib:
“Fikirləşmirdim ki, bu sahədə 65 zərbə vurmaq olar, amma mən bu gün yaxşı oynadım. Son həftələr ərzində yaxşı nəticələr əldə etdikdən sonra özümə inamım artdı, ona görə də bu turnirə digər turnirlər kimi yanaşmağa çalışdım”.
Conston da gələn həftə taym-aut götürməyə hazırlaşır, əgər o mövsüm ərzində üçüncü qələbəsini çalarsa, onun növbəti zərbəsi Avropa turnirində olacaq.
Conston bəyan edib:
“Mən topa yaxşı zərbə vurdum. Heç bir səhvə yol vermədim və güclü oyun nümayiş etdirdim”.
Con Edfordun da günü hadisələrlə zəngin olub, belə ki, üç Avropa turnirinin və Challenge Tour iki adının qalibi yeddi “berdi” və iki “boggili iqlı” ikiqat “boggi” ilə birləşdirdi.
Edford deyib:
“Mən daha az nəticə əldə edərdim, belə ki, bir neçə imkanı əldən verdim, sonra isə bu “boggi”ni yerinə yetirdim. Sonra isə növbəti zərbədə oyunu iki “bördi” ilə başa vurduğum üçün xoşbəxt idim.
Bu il mənim üçün çox ağır olub, amma oyuna belə davam etsəm öhdəsindən gələcəm. Düşünürəm ki, Challenge Tour-a diqqətimi cəmləmək lazımdır. İlin əvvəlində zədə almışdım, ona görə də lazımi səviyyədə oynaya bilmirdim, və mən daha çox dəvət alaraq turnirdə kimin isə yerini tutmaq istəməzdim. Amma mən zamanla qüvvəmi toplayıram”.