Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Anar Məmmədov: Turnir ölkəmizin böyük qolf aləminə atdığı ilk addım olacaq
Qubada yerləşən Milli Qolf Klubunda start götürən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turniri idmanın bu növünün ölkəmizdə inkişafına böyük töhfə verəcək.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib.
Anar Məmmədovun sözlərinə görə, iyunun 7-də başlayacaq turnirdə həm yerli həvəskar qolfçular, həm də xarici qolf idmançıları iştirak edəcəklər.
“Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin böyük qolf aləminə atdığı ilk addım olacaq. Artıq bu turnirdən başlayaraq, gələcəkdə ölkəmiz qolf üzrə daha böyük, genişmiqyaslı yarışlara ev sahibliyi edəcək. Bu gün Qubada yaradılmış Milli Qolf Klubu bütün dünya və Avropa standartlarına tam olaraq cavab verir və xarici mütəxəssislər tərəfindən görülən işlərin keyfiyyəti yüksək qiymətləndirilir”.
A.Məmmədov xüsusilə vurğulayıb ki, regionlarda belə böyük tədbirlərin keçirilməsi ölkənin turizm potensialının inkişafına da öz töhfəsini vermiş olacaq:
“Azərbaycanın ən gözəl bölgələrindən olan Qubada belə bir yarışın keçirilməsi regiona xaricdən turist axınına dəstək olacaq, rayonun turizm potensialını daha da yüksəldəcək”.
Federasiya prezidenti qolf üzrə ilk milli yarışda iştirak edəcək həmyerlilərimizdən də danışıb:
“İştirakçılar arasında xaricdə təhsil alan, işləyən və uzun illərdir ki, qolfla maraqlanan həmyerlilərimiz də var. Onlar xeyli müddətdir ki, öz ölkələrində sevimli idman növü ilə məşğul olmaq, qolf oynamaq istəsələr də, belə bir imkandan məhrum idilər. Lakin artıq bu gün Azərbaycanda qolfun inkişafı üzrə mühüm addımlar atılıb – Milli Qolf Klubu, Bakı Qolf Akademiyası yaradılıb, qolf meydançaları salınıb.
Bundan başqa, turnir çərçivəsində uşaqlarla mini-qolf məşqləri keçiriləcək. Uşaqların erkən yaşlardan idmana, xüsusilə də idmanın qolf kimi təhlükəsiz və faydalı növünə cəlb olunmasını çox vacib sayıram”.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Paşinyan: "Biz Azərbaycanla münasibətlərin normallaşması üçün konstruktiv həllər təklif etmişik"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
Rəylər