2014-cü il ərzində Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) büdcə gəlirləri 12 milyard 731 mln. manat, xərcləri isə 10 milyard 117,2 mln. manat təşkil edib.
Oxu.Az-a bu barədə SOFAZ-dan məlumat verilib.
Fondun məlumatında bildirilir ki, 2014-cü ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 1 611,9 milyon manat (təxminən 2 mlrd. dollar) təşkil edib.
2015-ci il yanvarın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 mlrd. 877,5 mln. dollar) nisbətən 3,42% artaraq 37 mlrd. 104,1 mln. dollar bərabər olub.