TASS bildirib ki, qərar ictimaiyyətin təzyiqi altında qəbul edilib.
Kinozalların sahibləri filmin prokatdan çıxarılması üçün dəyən zərəri səsləndirməkdə çətinlik çəkirlər, amma bir neçə yüz min rubl olacağından əmindirlər.
Şimali Osetiyada filmin seansını ləğv etmək çağırışları ilə respublikanın ictimaiyyət nümayəndələri çıxş ediblər. Ruhani Hacımurat Qasalov qeyd edib ki, filmin Şimali Qafqazın heç bir digər respublikasında nümayişi planlaşdırılmır.
Dramın nümayişinin qadağan edilməsinə dair həmçinin Şimali Osetiya müsəlmanları Ruhani İdarəsi də çağırış edib.
Fevral ayının 10-da məlum olub ki, “Bozun 50 çaları” Çeçenistan və İnquşetiyada da nümayiş etdirilməyəcək, amma Nazranda kinoteatrdan “Lenta.ru”ya bildiriblər ki, Vladiqafqaz və Rusiyanın cənubi regionlarında filmin nümayişindən etiraz etmək fikirləri olmayıb.
“Bozun 50 çaları” filmi 2011-2012-ci illərdə britaniyalı yazıçı E.L.Ceyms tərəfindən yazılmış eyniadlı əsər üzrə lentə alınıb.
Əsər tələbə Anasteyşa və BDSM-ə meyilli olan milyarder Kristian Qreyin münasibətləri haqqındadır. Romanın ekranlaşdırılmış versiyasının 20 dəqiqəsi erotik səhnələrdən ibarətdir.