Azərbaycanın “İnter” futbol klubu daha bir oyunçu ilə sıralarını möhkəmləndirdi.
Oxu.Az klubun saytına istinadən xəbər verir ki, serbiyalı Voislav Stankoviç ilə iki illik müqavilə imzalanıb.
27 yaşlı müdafiəçinin əvvəlki klubu Serbiyanın ən titullu “Partizan” komandası olub.
Stankoviç keçən ilin avqustunda Avropa liqasının pley-off matçlarında “Neftçi”yə qarşı oynayıb. O, hər iki oyunu komandanın kapitanı kimi keçirib. Xatırladaq ki, görüşlər 3:2 və 2:1 hesabı ilə “Partizan”ın xeyrinə başa çatıb.
Stankoviç bu qış “İnter” ilə müqavilə imzalayan dördüncü futbolçudur. Daha öncə “bankçıların” sırasına Əfran İsmayılov, hollandiyalı Ruben Şaken və Tural Hümbətov qoşulub.
F.H.
www.oxu.az