Moskva birjasında avro rubla qarşı kəskin dəyər qazanıb.
Oxu.Az xəbər verir ki, avronun məzənnəsi 1,12 faiz bahalaşaraq, 70 rubl təşkil edib. Dolların məzənnəsi isə 1,13 faiz artaraq 60,03 rubl olub.
Türkiyədə də dollar lirəyə nisbətdə bahalaşmağa başlayıb. Dolların lirəyə nisbətdə məzənnəsi 3.55 lirə, avro isə 4.14 lirə təşkil edib.
L.Ə.