Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın gələn il üçün dövlət büdcəsi 37 milyard manata yaxın olacaq
2024-cü ilin dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq bəyənilib.
Bu barədə sentyabrın 23-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib və yekun qərarın əks olunduğu layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
Qərara əsasən, Maliyyə Nazirliyinin ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408,0 milyon manat artırılmışdır və müvafiq olaraq gəlirlər 34 173,0 milyon manata, xərclər isə 36 763,0 milyon manata çatdırılıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazirdən xüsusi hərbi ixtisaslar üzrə təhsil müəssisələri ilə bağlı QƏRAR
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
- Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib