2014-cü ilin yanvar-iyul ayında Azərbaycana idxal olunmuş yeyinti məhsullarından 156,28 mln. ABŞ dollar və ya 3,2% buğdanın payına düşür, bu isə ötən ilin müvafiq dövrünün idxalına nisbətən 23%-ə azdır.
Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin yanvar-iyul aylarının hesabatında göstərilib.
Ümumilikdə, yeddi aya yeyinti məhsulların idxalı 11,78% təşkil edib. Bu malların ümumi dəyəri 575,62 mln. ABŞ dollar məbləğində olub.
Bunların içində, buğdadan başqa, şəkər – 98,9 mln. ABŞ dollar (2,02%), bitki və heyvan mənşəli yağlar – 56,56 mln. ABŞ dollar (1,16%), meyvə-tərəvəz – 15,96 mln. ABŞ dollar (0,33%), kərə yağı – 15,12 mln. ABŞ dollar (0,31%), süd – 3,84 mln. ABŞ dollar (0,08%) və ət – 12,35 mln. ABŞ dollar (0,25%) olub.
DGK-nın məlumatına görə, yanvar-iyul aylarında Azərbaycanın idxalında birinci yeri maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutur – 30,7% (1 499,42 mln. ABŞ dollar). Bu göstərici, ötən ilin yanvar-iyul aylarına nisbətən 5,27% azalıb.
Bundan əlavə, cari ilin yeddi aya qara metallar və onlardan hazırlanan məmulatlar idxalda 10,48% (511,89 mln. ABŞ dollar), nəqliyyat vasitələri – 9,22% (450,27 mln. ABŞ dollar), tütün məmulatları – 4,45% (217,33 mln. ABŞ dollar), plastmas - 2,64% (129,13 mln. ABŞ dollar), əczaçılıq məhsulları – 2,83% (138,24 mln. ABŞ dollar), sement – 1,53% (74,53 mln. ABŞ dollar), oduncaq – 1,52% (74,32 mln. ABŞ dollar), mebel – 0,98% (47,89 mln. ABŞ dollar), digərləri isə - 23,87% (1 165,81 mln. ABŞ dollar) təşkil edib.
Ümumilikdə, cari ilin yanvar-iyul aylarında Azərbaycana 4 884,46 mln. ABŞ dollarlıq əsas mallar idxal olunub.
Gülnarə Zeynalova
www.oxu.az