Aktrisa-müğənni Firəngiz Rəhimbəyova qızını ad günü münasibətilə sosial şəbəkədə təbrik edib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir Los-Ancelesdə yaşayan aktrisa qızına ürək sözlərini yazıb:
“33 il bundan əvvəl həyatım başqa mənada dəyişdi. Allahım mənə gözəl qız övladı verdi, ona Rais - anamın adını qoydum. Onu tanıyan hamı bilir ki, necə mehriban, gözəl, ağıllı, səmimi, mülayim, qayğıkeş ana, gözəl övlad və etibarlı dostdur. Allahıma belə gözəl hədiyyə üçün təşəkkür edirəm. Qızım, həyatımın günəşi! Mənim sonsuz sevgim səni və gözəl ailəni qorusun, sənə xoşbəxtlik, sağlamlıq arzulayıram. Çox sağ ol ki, varsan”.