Bu gün səhər saatlarında Bakıda piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Facebook sosial şəbəkəsində qəzanın baş verdiyi anı əks etdirən video yayılıb.
Videodan da göründüyü kimi Buzovna yolunda “Daewoo Leganza” markalı avtomobil yolu keçən 33 yaşlı gənc qadını vurur.
Hadisə nəticəsində qadının başı parçalanıb. Nəticədə yol tamamilə qana bulanıb.
Qeyd edək ki, təqdim olunan videoya ürəyi zəif olanların və uşaqların baxması məsləhət deyil.