Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi göstəricidir.