2015-ci ilin yanvar-mart aylarında, Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 134,8 milyon manat sığorta haqqı toplanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
ASA-dan verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.
“3 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 35,75 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 26,5 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-mart aylarında 24,2 manat olub” - deyə, ASA-dan bildirilib.