Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın strateji valyuta ehtiyatlarının məbləği açıqlanıb - FOTO
2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 68,5 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17% çoxdur.
“O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1% artaraq 11,6 milyard ABŞ dollarına çatıb”, - deyə sədr qeyd edib.
Ən çox oxunanlar